Dünya Kubokunda iştirak edəcək Azərbaycan xizəkçiləri bəlli olub

Tokio, 23 dekabr, /AJMEDIA/

Gələn ilin yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan idmançıları bəlli olub.

Bu barədə AJMEDIA-ya Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova məlumat verib. O bildirib ki, beynəlxalq yarışda ölkəmizi Nəzrin Qəribova ilə Seyid Sədrəddinov təmsil edəcəklər.

Dünya Kubokunda sprint (10 yanvar), vertikal (11 yanvar) və individual (13 yanvar) növlərdə yarışlar keçiriləcək.

Qeyd edək ki, Dünya Kuboku yanvarın 10-13-də təşkil olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts