Dünya kuboku yarışlarında qızıl medal qazanan gimnastımız Bakıya qayıdıb

Tokio, 1 may , /AJMEDIA/

Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanan Azərbaycanın təmsilçisi Nikita Simonov Bakıya qayıdıb.
AJMEDIA xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri, gimnastın yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıblar.
Yarışın yaxşı keçdiyini bildirən N.Simonov bildirib ki, bu, dünya kuboku yarışlarının cari ildə təşkil olunan dördüncü mərhələsi idi: “Nəticə aşağı-yuxarı uğurlu alındı və birinci yeri tutdum. Xallar çox yaxşı, hətta ideal oldu”.
Gimnast vurğulayıb ki, daha vacib yarışlar məni gözləyir. “Bundan sonra həmin turnirlərə hazırlaşacağam. Xüsusilə, dünya çempionatı olduqca önəmlidir. Çempionat “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Bütün diqqətimi həmin yarışa yönəldəcəyəm”, – deyə idmançımız qeyd edib.
Qeyd edək ki, N.Simonov turnirdə halqalarla hərəkətin icrasında birinci olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts