Dünya Kuboku: Şahmatçımız yarımfinala vəsiqə qazanıb

Tokio, 16 avqust , /AJMEDIA/

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunun 1/4 final mərhələsində ikinci oyununu keçirib.
AJMEDIA xəbər verir ki, 28 yaşlı qrosmeyster bu raundun cavab görüşündə Hindistan təmsilçisi Vidit Santoşla üz-üzə gəlib. Rəqibini məğlub edən Abasov turnirin yarımfinalına yüksəlib.
Tərəflər arasında ilk qarşılaşmada qalib müəyyənləşməmişdi.
Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts