Dünya İqtisadi Forumunda 4SİM ilə rəqəmsal iqtisadiyyat mövzusunda müzakirələr aparılıb

Tokio, 5 dekabr , /AJMEDIA/

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin hökumətlərlə əlaqələr üzrə rəhbəri Aytuğ Göksunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, görüşdə Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi istiqamətində görülən işlər vurğulanıb, Dünya İqtisadi Forumu ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında rəqəmsal iqtisadiyyat, süni intellekt və digər sahələr üzrə layihələrin mövcud icra vəziyyəti və görüləcək işlər müzakirə olunub.

Tərəflər Bakıda keçirilən “InMerge İnnovasiya Sammiti”nin və birbaşa rəqəmsal xarici investisiyalarla bağlı vörkşopun iqtisadiyyatda innovasiyaların tətbiqinin stimullaşdırılmasında əhəmiyyətini qeyd ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts