Dünya çempionatı: Azərbaycan cüdoçularının qazandığı medalların sayı yeddiyə çatıb

Tokio, 25 avqust , /AJMEDIA/

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında medal qazanıb.
AJMEDIA xəbər verir ki, yarışın üçüncü günündə 73 kiloqramda çıxış edən Süleyman Şükürov fəxri kürsüyə qalxıb.
Bürünc medal uğrunda görüşdə serbiyalı Boqdan Veliçkoviçə qalib gələn idmançı dünya üçüncüsü olub.
Bu gün tatamiyə çıxan qız cüdoçu Kamilla Toholiyeva (63 kiloqram) isə yarışı medalsız başa vurub.
Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Nihad Məmişov (50 kiloqram) və Xədicə Qədəşova (52 kiloqram) qızıl, Məhəmməd Məmişov (50 kiloqram), Məhəmməd Musayev (60 kiloqram) və Əbil Yusubov (66 kiloqram) gümüş, Mirxaliq İskəndərov (55 kiloqram) isə bürünc medal qazanıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts