Tokio, 5 mart , /AJMEDIA/
Dünya birjalarında neft ucuzlaşıb.
AJMEDIA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,27 dollar azalaraq 82,53 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,35 dollar azalaraq 78,39 dollar təşkil edib.