Tokio, 30 iyun, /AJMEDIA/
Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
AJMEDIA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,05 dollar artaraq 67,82 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,11 dollar azalaraq 65,41 dollar təşkil edib.