Tokio, 16 fevral , /AJMEDIA/
Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
AJMEDIA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,07 dollar azalaraq 82,79 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,08 dollar artaraq 78,11 dollar təşkil edib.