Tokio, 21 avqust, /AJMEDIA/
Dünya birjalarında neft ucuzlaşıb.
AJMEDIA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,13 dollar azalaraq 77,07 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,33 dollar azalaraq 74,04 dollar təşkil edib.