Tokio, 2 avqust , /AJMEDIA/
Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci il təvəllüdlü Begleryan Rashid Aramayis saxlanılıb.
Bu barədə AJMEDIA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.