Tokio, 28 mart, /AJMEDIA/
Yaponiyalı rejissor Ryusuke Hamaquçinin lentə aldığı “Drive my car” filmi “Ən yaxşı əcnəbi filmi” kateqoriyasında ABŞ Kino Sənəti Akademiyasının “Oskar” mükafatına layiq görülüb.
AJMEDIA xəbər verir ki, bu barədə təşkilatçılar məlumat yayıblar.
Bu kateqoriyada “Oskar” mükafatı uğrunda Norveçin “Dünyanın ən pis adamı”, Danimarkanın “Qaçış”, İtaliyanın “Tanrının əli” və Butanın “Lunana” filmləri mübarizə aparıblar.
Təşkilatçıların bildirdiyinə görə, bu “Oskar” mükafatı uğrunda Yaponiyanın 10-cu qələbəsidir.
Əlavə olaraq qeyd edək ki, həmin film cari il yanvarın 8-də “2021-ci ilin ən yaxşı filmi” mükafatına və ABŞ Kino Tənqidçiləri Milli Cəmiyyətinin daha üç mükafatına layiq görülüb.
Yapon kinematoqrafçıların filmi, həmçinin “İngilis dilində olmayan filmlər” kateqoriyasında “Qızıl Qlobus” mükafatını alıb.