Dram Teatrının səhnəsində növbəti tamaşa: “Sənsiz”

Tokio, 10 fevral , /AJMEDIA/

Fevralın 11-də Akademik Milli Dram Teatrının səhnəsində “Sənsiz” adlı tamaşa yenidən teatrsevərlərə təqdim ediləcək.

AJMEDIA xəbər verir ki, Şıxəli Qurbanovun eyniadlı dramı əsasında təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadədir.

Tamaşada rolları Xalq artisti Mehriban Zəki, Əməkdar artist Füzuli Hüseynov, aktyorlar İlahə Həsənova, Elçin Əfəndi, Elsevər Rəhimov və Lalə Süleymanova ifa edir.

“Sənsiz” repressiyaya məruz qalan, həyatdan və ailəsindən qoparılmış insanların hekayəsindən bəhs edir.

Biletləri şəhərin bütün kassalarından və iTicket.Az saytından əldə etmək mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts