Dövlət Məşğulluq Agentliyi və “Marsol” MMC-nin partnyor şirkətləri arasında görüş olub

Tokio, 10 mart , /AJMEDIA/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Marsol” MMC-nin partnyor şirkətləri arasında görüş olub.

Görüşdə agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, “Marsol” MMC-nin direktoru Tural Mustafayev və digər nümayəndələr iştirak edib.

Agentliyin Strateji kommunikasiya departamentindən AJMEDIA-ya bildirilib ki, M.Abbasbəyli qurumun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, agentlik dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, yerli və beynəlxalq biznes qurumlar, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Görüşdə, həmçinin birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətindən danışılıb.

Sonda isə Mustafa Abbasbəyli “Marsol” MMC-nin partnyor şirkətlərinin nümayəndələrini dinləyib və onların suallarını cavablandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts