“Dövlət – biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilir

Tokio, 26 noyabr, /AJMEDIA/

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Dövlət-biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilir.

AJMEDIA xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, biznes assosiasiyalarının nümayəndələri, müstəqil ekspertlər iştirak edirlər.

Tədbirdə çıxış edən DVX-nin rəis müavini Samirə Musayeva bildirib ki, görüşün keçirilməsində əsas məqsəd vergi qanunvericiliyi və inzibatçılığında edilmiş və ya edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı, eyni zamanda bu fəaliyyət prosesində aidiyyəti dövlət qurumları və biznes assosiasiyaları, sahibkarlıq subyektləri ilə birgə yaradılan qarşılıqlı əməkdaşlıq formatının nəticələrini təqdim etmək və yeni istiqamətləri müzakirə etməkdir.

Həmçinin qeyd olunub ki, görüşdə dövlət və özəl sektorun təmsilçiləri ilə birlikdə vergi qanunvericiliyinin tətbiqi sahəsində yaranan məsələləri müəyyənləşdirmək və səmərəli təkliflərin qanunvericiliyə daxil edilməsi üçün mümkün həlləri nəzərdən keçirmək nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts