DOST Agentliyinin təşəbbüsü ilə sosial xidmətlər sahəsində beynəlxalq konfrans keçiriləcək

Tokio, 15 iyul , /AJMEDIA/

Sentyabrın 8-9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və Avropa Sosial Şəbəkəsinin birgə təşkilatçılığı Azərbaycanda ilk dəfə “Vahid giriş məntəqəsi davamlı sosial müdafiənin dayanıqlı həlli kimi” beynəlxalq konfransı keçiriləcək.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AJMEDIA-ya verilən məlumata görə, iki plenar və üç panel iclasdan ibarət konfransda yerli və beynəlxalq sahə ekspertlərinin müxtəlif mövzularda təqdimatları, çıxışları və müzakirələri olacaq.
Panel iclaslar paralel üç iclasdan ibarət olmaqla müxtəlif mövzularda müzakirələri əhatə edəcək. Konfransda vahid giriş məntəqəsinin idarəetmə modelləri, mövcud təcrübə, təşəbbüs və proseslər müzakirəyə çıxarılacaq. Həmçinin alternativ xidmətlər, təhlil formatları, insan resursları və kommunikasiya alətləri təqdim olunacaq.
Konfransın məqsədi sosial xidmətlər sahəsində inkişaf perspektivlərinin müəyyən olunması və “Vahid Giriş Platforması” konseptinin gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.
Konfrans sosial xidmətlərin təməl rolunu aktuallaşdıracaq və sosial müdafiə sahəsində islahat strategiyalarının yaradılmasını istiqamətləndirəcək, eyni zamanda xidmətlərin əlçatanlılığının artırılması, vətəndaşlara daha adekvat formada çatdırılması və idarəetmənin inkişafına imkan yaradacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts