Tokio, 5 noyabr , /AJMEDIA/
Cari ilin ilk doqquz ayında “Şahdəniz” yatağından ümumilikdə – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 18 milyard kubmetr standart qaz və 3 milyon tondan artıq (təqribən 27 milyon barel) kondensat hasil edilib.
BP-dən AJMEDIA-ya bildirilib ki, 2022-ci ilin ilk üç rübü ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 1 milyard 772 milyon dollar əməliyyat xərcləri və təxminən 314 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.
Hesabat dövründə “Şahdəniz” yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 73 milyon (ildə 26,5 milyarddan artıq) standart kubmetrdir.