“Dogstar” rok qrupu 21 il sonra yeni albom buraxacaq

Tokio, 21 iyul , /AJMEDIA/

Fəaliyyətini yenidən bərpa edən və rəhbəri, yaradıcısı Hollivud ulduzu Kianu Rivz olan “Dogstar” rok qrupu qastrol səfərinə çıxacaqlarını, eyni zamanda, 3-cü albomlarını buraxacaqlarını bildiriblər.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, “Somewhere between the power lines and palm trees” adlı albomun oktyabrın 6-da işıq üzü görəcəyi planlaşdırılır.
Qrup üzvləri, həmçinin turnenin gələn ay başlayacağını bildiriblər. Onlar Şimali Amerika və Yaponiyada 25-dən çox konsert vermək niyyətindədirlər.
Qeyd edək ki, 90-cı illərin əvvəllərində yaradılan “Dogstar” rok qrupunun ilk olaraq “Our little visionary” adlı debüt albomu işıq üzü görüb. Təqdim etdikləri növbəti “Happy ending” adlı albomdan sonra isə qrup rəsmən fəaliyyətini dayandırdığını elan edib. Bunun əsas səbəbi isə qrup rəhbəri Kianu Rivzin kino sahəsində olan gərgin işləri olub. Buna baxmayaraq, onlar yenə də imkan düşdükcə görüşür və vaxtaşırı məşq edirdilər. Beləcə 21 ildən sonra “Somewhere between the power lines and palm trees” adlı növbəti albomu hazırlamaq ideyası yarandı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts