Tokio, 25 avqust , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, “Doğma Laçınım” adlı videoçarx hazırlandı
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamı ilə ölkəmizdə 26 avqust – Laçın şəhəri günü qeyd olunur.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 26 avqust – Laçın şəhəri günü ilə əlaqədar “Doğma Laçınım” adlı videoçarx hazırladı.
Videoçarxda kitabxananın əməkdaşı Elvira Məmmədova Laçın şəhərinin tarixindən, geostrateji mövqeyindən, işğalından və Laçın şəhərinin erməni işğalından azad olunması haqqında məlumat verir.
Videoçarxda Laçın şəhərinin görüntüləri yer alır.
Sosial şəbəkə izləyiciləri videoçarxa aşağıdakı keçidlərdə baxa bilərlər:
https://www.youtube.com/watch?v=36cZjOxcuzohttps://www.instagram.com/p/CwW8xQ9Ml9-/https://www.facebook.com/yasamal.mks/videos/853747275761111