DİM sentyabrın 3-də keçirdiyi əlavə imtahanların nəticələrini elan edib

Tokio, 7 sentyabr , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi sentyabrın 3-də keçirdiyi 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələrini elan edib.

DİM-dən AJMEDIA-ya bildirilib ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Mərkəz tərəfindən sentyabrın 11-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər sentyabrın 8-dən 10-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts