DİM-də beynəlxalq rus dili imtahanı keçirilib

Tokio, 13 sentyabr , /AJMEDIA/

Sentyabrın 13-də Dövlət İmtahan Mərkəzində (DİM) ТРКИ (test po russkomu yazıku kak inostrannomu) imtahanı təşkil edilib.

DİM-dən AJMEDIA-ya bildirilib ki, imtahanın nəticələri namizədə 15 iş günündən sonra elektron poçt vasitəsilə göndəriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТРКИ – beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.

İmtahan haqqında daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts