Tokio, 28 fevral, /AJMEDIA/
Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaranmış vəziyyətlə bağlı digər qurumlarla koordinasiyalı şəkildə işləyərək, soydaşlarımızın heç bir xəsarət almadan Azərbaycana gəlmələri üçün bütün imkanlarını səfərbər edib.
Komitədən AJMEDIA-a bildiriblər ki, Polşa və Macarıstana keçə bilən azərbaycanlılar Azərbaycana təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər.
Qeyd edək ki, Polşadakı Azərbaycan Evinə +48 732 858 585, Macarıstandakı Azərbaycan Evinə +36305586244 / +994 50 662 19 89 (WhatsApp) telefon nömrələri vasitəsilə müraciət edə bilərlər. Telefon nömrələri 24 saat aktivdir.