Dezinformasiya qlobal təhlükəsizliyə təhdid halına gəlib – Türkiyə prezidenti

Tokio, 12 dekabr, /AJMEDIA/

Əvvəlcə “azadlığın simvolu” kimi qəbul edilən sosial şəbəkələr zaman keçdikcə demokratiya üçün əsas təhlükələrdən birinə çevrilib.

AJMEDIA xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan İstanbulda iki günlük Beynəlxalq Strateji Rabitə Zirvə (Stratcom Summit ’21) görüşü iştirakçılarına müraciət edərkən bildirib.

Türkiyə prezidenti bildirib: “Virtual faşizmin artan təzahürləri və yalan informasiya axını fonunda Türkiyə kimi demokratik cəhətdən inkişaf etmiş ölkələr sayıq qalmalıdırlar”.

Dövlət başçısı qeyd edib ki, texnologiyaların və virtual məkanın fəal inkişafı müasir cəmiyyətlərin sosial mühitinin formalaşmasına təsir göstərir:

“Sosial şəbəkələrə marağın artması ilə yalanların, uydurma xəbərlərin və dezinformasiyaların axını artır. Virtual məkana nəzarətin effektiv mexanizmlərinin olmadığı bir şəraitdə dünyada milyonlarla insanın həyatı yalan xəbərlərin yayılmasına görə qaralır. Dezinformasiya problemi ayrı-ayrı dövlətlərin milli təhlükəsizliyi çərçivəsindən kənara çıxıb və qlobal təhlükəsizlik təhdidinin miqyasına çatıb”.

Türkiyə prezidenti vurğulayıb ki, maliyyə gücündən, beynəlxalq statusundan və ambisiyalarından asılı olmayaraq, heç kim – heç bir şirkət özünü qanundan üstün tuta bilməz.

R.T.Ərdoğan bildirib ki, dünyada qanunun aliliyindən üstün olan dairələrin əksinə olaraq, Türkiyə informasiya mühitinin və kommunikasiya platformalarının açıqlığını, şəffaflığını təmin etmək üçün qətiyyətli mübarizəsini davam etdirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts