Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Tokio, 19 aprel , /AJMEDIA/

Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir. Amma maraqlıdır ki, rus bazalarını Ermənistandan çıxarmaq üçün dəridən qabıqdan çıxan kollektiv Qərb sülhməramlıların Azərbaycandan getməsindən məmnun görünmədi və hətta Vaşinqton buna görə Rusiyanı “etibarsız müttəfiq” adlandırdı. Görünən odur ki, bunlar bəzi təcrübələrə əsaslanıb sülhməramlı məsələsinə Bakı ilə Moskva arasında potensial böhran kimi baxırmışlar.

AJMEDIA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin aprelin 19-da keçirilən plenar iclasında deyib.

“Prezident İlham Əliyev vaxtından əvvəl bu məsələni kökündən həll etməklə göstərdi ki, Azərbaycan, sözün əsl mənasında, suveren, qüdrətli dövlətdir və Azərbaycan dövlətini digər ölkələrlə, Azərbaycan Prezidentini digər liderlərlə müqayisə etmək olmaz”, – deyən deputat əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts