Deputat: Beynəlxalq instansiyalar Ermənistana ciddi təzyiqlər göstərməlidirlər

Tokio, 2 may , /AJMEDIA/

Ermənistan ölkəmizə qarşı mina terrorunu sistemli şəkildə davam etdirməkdədir. Ötən əsrin 90-cı illərindən bu günə qədər 3300 vətəndaşımız Ermənistanın mina terrorunun qurbanı olub. Təkcə son bir həftə ərzində 4 vətəndaşımız mina partlaması nəticəsində həlak olub.
AJMEDIA xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu parlamentin mayın 2-də keçirilən iclasında bildirib.
Deputat deyib ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri mina partlaması nəticəsində həlak olanlarla bağlı narahatlıqlarını ifadə etsələr də, bunun Ermənistan tərəfindən törədildiyini səsləndirmirlər. Bu da Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsini şərtləndirir.
“Ermənistan beynəlxalq hüququn normalarını və beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Beynəlxalq instansiyalar isə susmağa üstünlük verir. Bunun nəticəsində beynəlxalq mina təhlükəsizliyinin təmin olunması imkanları ciddi şəkildə məhdudlaşır. Ona görə də Ermənistana ciddi təzyiqlər göstərilməlidir”, – deyə Elşad Mirbəşiroğlu qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts