Deni Sassu-Nqesso: Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq

Tokio, 4 aprel , /AJMEDIA/

Biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq.

AJMEDIA xəbər verir ki, bu sözləri Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Bu səfərin Konqo ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əməkdaşlıq səhifəsini yaratmağa imkan verdiyini bildirən Deni Sassu-Nqesso Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıqlarını söyləyib. “Həmçinin biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində – iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək”, – deyə o əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts