DÇ-2026 seçmə mərhələ: Belçika millisindən çətin qələbə, Xorvatiyadan darmadağın

Tokio, 10 iyun, /AJMEDIA/

Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində daha 6 oyun keçirilib.

AJMEDIA xəbər verir ki, I qrupunda Norveç millisi səfərdə Estoniyaya, İtaliya yığması evdə Moldovaya qalib gəlib.

J qrupunda Qazaxıstan evdə Şimali Makedoniyaya uduzub, Belçika isə Uelslə görüşdə çətin qələbə qazanıb.

Nəhayət, L qrupunda Xorvatiya seçməsi doğma meydanda Çexiya millisini darmadağın edib, Farer adaları isə Cəbəllütariq üzərində əzmkar qələbəyə sevinib.

DÇ-2026 seçmə mərhələ, 9 iyun:

I qrupu

22:45. Estoniya – Norveç – 0:1

22:45. İtaliya – Moldova – 2:0

J qrupu

18:00. Qazaxıstan – Şimali Makedoniya – 0:1

22:45. Belçika – Uels – 4:3

L qrupu

22:45. Xorvatiya – Çexiya – 5:1

22:45. Farer adaları – Cəbəllütariq – 2:1

Follow us on social

Facebook Twitter Youtube

Related Posts