David Babayan “Bakının onu tələb etdiyi üçün” Şuşaya getdiyini bildirib

Tokio, 28 sentyabr , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Cümə axşamı separatçı Dağlıq Qarabağ respublikasının “keçmiş xarici işlər naziri” David Babayan bildirib ki, Azərbaycan onun Bakıya gəlməsini tələb etdiyi üşün Şuşaya getdir. O bu barədə Facebook hesabında yazıb.

“Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısındayam və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Stepanakertdən Şuşaya getmək qərarına gəldim”, – o bildirib.

Bu qərarın “ilk növbədə yaxınlarına böyük ağrı, narahatlıq və stress” yaşadacağını yazan Babayan yaxınlarının onu başa düşəcəyini də”qeyd edib.

“Görünməməyim, daha pisi, qaçmağım səbirli xalqımıza, bir çox insanlara ciddi ziyan vuracaq və mən vicdanlı, zəhmətkeş, vətənpərvər bir insan və xristian olaraq buna yol verə bilmərəm. Allah xalqımızı qorusun, Uca Allah onun dərdini azaltsın, yaralarına şəfa versin”, – David Babayan Facebook-da yazıb.

David Babayan bu ilin martında BBC Azərbaycancaya verdiyi müsahibəsində bildirmişdi ki, Azərbaycanın bir hissəsi olmaq istəmirlər, “qonşu olmaq” istəyirlər.

Çərşənbə günü Azərbaycan Dövlət Sərhəd Xidməti separatçı Dağlıq Qarabağ respublikasının “dövlət naziri” olmuş, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanı saxlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts