Daulet Kəribek: Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

Tokio, 15 iyun , /AJMEDIA/

Əminəm ki, bugünkü konfrans əlaqələrimizi möhkəmləndirməyə, geosiyasi reallıqlara və qlobal kataklizmlərə qarşı effektiv mübarizə aparmağa kömək edəcək. Şuşada keçirilən tədbirin yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram.

AJMEDIA xəbər verir ki, bu fikirləri Qazaxıstanın Amanat Partiyasının İcra katibi Daulet Kəribek “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.

Partiya təmsilçisi tədbirin Azərbaycanın mədəniyyət beşiyi, 2024-cü ilin İslam dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində təşkil edilməsinin rəmzi mənası olduğunu deyib və Qazaxıstanın Prezidenti Kasım-Comart Tokayevin cari ilin mart ayında Azərbaycana dövlət səfəri zamanı Şuşada olduğunu xatırladıb.

Beynəlxalq hüququn aşınma mərhələsində olduğunu bildirən D.Kəribek qlobal nəzarətin və tarazlıq sisteminin sülhü və sabitliyi qorumaq iqtidarında olmadığını vurğulayıb. “Sevindicidir ki, bütün bunların fonunda Türk Dövlətləri Təşkilatının (TDT) rolu artır. Hazırkı çətin geosiyasi şəraitdə TDT beynəlxalq siyasəti rasional və praqmatik xətlər üzərində saxlayan, beynəlxalq arenada – logistika, nəqliyyat, diplomatik əlaqələri təmin edən drayverlərdən biri olmaqda davam edir”, – deyə AMANAT partiyasının icra katibi qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts