Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində fortepiano kursları fəaliyyətə başlayıb

Tokio, 8 sentyabr, /AJMEDIA/

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində mədəniyyətin müxtəlif sahələrinə dair kurs və dərnəklər fəaliyyət göstərir.

AJMEDIA xəbər verir ki, Azərbaycan diasporunun üzvlərinin və şəhər sakinlərinin istəkləri nəzərə alınaraq Mədəniyyət Mərkəzində uşaq və yeniyetmələr üçün fortepiano kursları açılıb.

Fortepiano kursunu azərbaycanlı peşəkar musiqiçi, Asəf Zeynallı adına Bakı Musiqi Kollecində təhsil almış təcrübəli fortepiano müəllimi Günay Əliyeva aparacaq. İştirakçılar Mədəniyyət Mərkəzi tərəfindən əyani vasitələrlə təmin olunacaqlar.

Fortepiano kurslarında iştirakçılar Azərbaycan, özbək və dünya klassiklərinin əsərlərinin ifası üzrə məşğələlər keçəcəklər.

Musiqi təhsilini uğurla başa vuran tələbələrə Mədəniyyət Mərkəzinin diplomları və sertifikatlar veriləcək.

Kurslarda iştirak edəcək istedadlı uşaqlar mütəmadi olaraq Mədəniyyət Mərkəzinin layihələrinə, keçirilən tədbirlərə, müsabiqələrə cəlb olunacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts