Daşkənddə keçirilən beynəlxalq forumda Azərbaycan da təmsil olunub

Tokio, 21 may , /AJMEDIA/

Daşkənddə “Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrində əməkdaşlığın yeni mərhələsi: turizm və mədəni irs” adlı beynəlxalq forum keçirilib.
AJMEDIA xəbər verir ki, forumda ŞƏT-in üzvü olan ölkələrin – Özbəkistan, Rusiya, Çin, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nümayəndələri işrirak ediblər.
Azərbaycanı tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycan Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə, həmçinin Turizm və Menecment Universitetinin kafedra müdiri, dosent Hafiz Hüseynov təmsil edib.
Forumu Özbəkistan baş nazirinin müavini, turizm və mədəni irs naziri Əziz Abduxakimov açaraq pandemiyadan sonra turizm sahəsinin zəifləməsi, hazırda bu sahənin dirçəldilməsi və inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması, Səmərqənd, Buxara, Xivə, Şəhrisabz və digər qədim şəhərlərə turların artırılması məsələlərinə toxunub.
Üzv ölkələrin turizm sahələrinin rəhbərləri öz çıxışlarında ŞƏT məkanında əməkdaşlığın daha da genişləndirilməsi məsələlərindən söhbət açıblar.
K.Quluzadə Azərbaycanda postpandemiya dövründə turizmin inkişaf etdirilməsi sahəsində görülən işlərdən danışıb. O deyib ki, bu ilin son dörd ayında Azərbaycana olan turist axını iki dəfə artıb. Bu ilin yay mövsümündə Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya ölkələri, həmçinin ŞƏT-in üzvü olan dövlətlərdən Azərbaycana turist axınının çoxalacağı gözlənilir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn, Qətər və digər dövlətlərdən də ölkəmizə çoxlu turist gələcəyi gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts