“Dantenin yubileyi” Akademik Milli Dram Teatrında

Tokio, 28 iyun , /AJMEDIA/

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın məşqləri başlayıb.
AJMEDIA xəbər verir ki, teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tamaşanın yaradıcı heyəti ilə görüşüb, onların hər birinə uğurlar arzu edib.
Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Sankt-Peterburqda yaşayan azərbaycanlı rejissor Ərşad Ələkbərov, musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur.
Səhnə əsərində Xalq artisti Sabir Məmmədov (Feyzulla Kəbirlinski), əməkdar artistlər Sənubər İsgəndərli (Həcər), Elşən Rüstəmov (Səyavuş), Mətləb Abdullayev (Ağamehdi), Anar Heybətov (Cavad Cabbarov), Şəlalə Şahvələdqızı (Səfura), aktyorlar Şəhla Əliqızı (Anaxanım), Rüstəm Rüstəmov (Əlikram), Vüsal Mustafayev (Məcid Ələsgərov) və digərləri çıxış edəcəklər.
“Dantenin yubileyi” özünə düzgün peşə tapmayan insanın kədərli taleyi haqqındadır. İnsan həyatda öz peşəsini düzgün seçməlidir. Seçim düz olmayanda, insan bütün həyatı boyu əziyyət çəkir. Tamaşanın qəhrəmanı Feyzulla Kəbirlinski həyatda qalibdir, sənətdə məğlub. Çünki seçimi doğru olmayıb.
Tamaşanın premyerasının oktyabr ayında olacağı planlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts