Danelyan: “Biz azərbaycanlılara 200 milyard dollar təzminat ödəməyə başlayanda təəccüblənməyin”

Tokio, 6 iyul , /AJMEDIA/

Azərbaycan torpaqlarını otuz il ərzində işğal altında saxlayan Ermənistan həmin ərazilərdə daşı daş üstündə qoymayıb. Törətdikləri hərbi cinayətlərə müxtəlif don geyindirməyə çalışan ermənilər öz havadarlarının siyasi dəstəyi sayəsində məsuliyyətdən yayınmağa çalışır. İşğal zamanı şəhər və kəndlərimizi talayan vandallar ərazidən azərbaycanlıların izini birdəfəlik silməyə cəhd etsələr də, bu, mümkün olmayıb. İndi regionda geosiyasi vəziyyət dəyişəndən sonra mövqeyini itirən Ermənistan ciddi təhlükəylə üzləşib.

Azərbaycan Beynəlxalq Məhkəmədə təzminat davası açandan sonra ölkəmizə dəyən ziyan sübut ediləcək və düşmən ölkə həmin ziyanı ödəmək məcburiyyətində qalacaq.

Düzdür, düşmən ölkədə bəzi mütəxəssislər Azərbaycan ərazilərini Qarabağ ermənilərinin dağıtdığını deməklə Ermənistanın məsuliyyətdən yaxa qurtara biləcəyini düşünür. Ancaq onlar yaddan çıxarırlar ki, baş nazir Nikol Paşinyan 2020-ci il 10 noyabr bəyanatını imzalamaqla Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaq haqqında öhdəlik götürdü və buna da əməl olundu.

Deməli, Ermənistan rəsmi olaraq Azərbaycan ərazilərinin işğalını təsdiq edib. Məhz buna görə Ermənistanda ağlı başında olan bəzi siyasətçilər Azərbaycanın tarmar edilən ərazilərinə görə kompensasiya ödəməli olacaqları qənaətindədirlər.

Erməni politoloq Gevorq Danelyan özünün Facebook səhifəsində yazıb ki, Azərbaycanın tələblərinin yerinə yetirilməməsi genişmiqyaslı müharibəyə səbəb olacaq. “Azərbaycan erməni qoşunlarının Qarabağdan çıxarılmasını tələb edir, hətta beynəlxalq strukturlara rəsmi müraciət ünvanlanıb. Biz onlara hərbi cərimə və 200 milyard dollar təzminat ödəməyə başlayanda təəccüblənməyin. İndi Azərbaycan yüksək səviyyədə hesablamalarla məşğuldur”, – deyə politoloq bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts