Dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə videoçarx təqdim edilib

Tokio, 23 Sentyabr, /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialının əməkdaşı Sədaqət Hacıyeva dahi Nizaminin 880 illik yubileyi münasibətilə “Nizami və dünya ədəbiyyatı” adlı videoçarx təqdim edib.

İdarədən AJMEDIA-ya bildirilib ki, videoçarxı kitabxananın əməkdaşı Zenfira Hacıyeva səsləndirib.

Videoçarxda Nizaminin humanizmi, fəlsəfi fikirləri, öz zəmanəsinə görə qabaqcıl ictimai-siyasi görüşləri, yaradıcılığının mahiyyəti, dünya ədəbiyyatında görkəmli və mübariz yazıçılarla müqayisəsi haqqında məlumat öz əksini tapıb.

Nizami Gəncəvi dünya ədəbiyyatı xəzinəsinə yüksək bədii dəyəri olan əsərlər vermiş ilk Azərbaycan şairidir. Doqquz əsr bundan əvvəl yaşamış bu dahi Azərbaycan şairi dünya ədəbiyyatının ən qüdrətli romantik sənətkarlarından, dünya poeziyasının tanınmış liriklərindəndir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts