Daha 17 ölkədən Azərbaycana uçuşlara icazə verilib

Tokio, 16 fevral, /AJMEDIA/

Daha 17 ölkədən Azərbaycana uçuşlara icazə verilib. Baş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərara dəyişiklik edilməsi ilə bağlı Qərar imzalayıb.

AJMEDIA xəbər verir ki, Qərara əsasən, fevralın 16-dan hava nəqliyyatı vasitəsilə Albaniya Respublikası, Dominikan Respublikası, Filippin Respublikası, Gürcüstan, Hindistan, İndoneziya, İran İslam Respublikası, Kolumbiya Respublikası, Moldova Respublikası, Özbəkistan Respublikası, Pakistan İslam Respublikası, Peru Respublikası, Tacikistan Respublikası, Tailand Krallığı, Tunis Respublikası, Türkmənistan Respublikası, Venesuela Bolivar Respublikası vətəndaşlarına, həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə Azərbaycana giriş-çıxış üçün icazə verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts