Dağlarda 0-4 dərəcə şaxta olacaq

Tokio, 15 may , /AJMEDIA/

Azərbaycanda mayın 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, axşam cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 8-12°, gündüz 14-19° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək – 764 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacağı bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts