Tokio, 20 oktyabr , /AJMEDIA/
Dağıstanda baş verən zəlzələ nəticəsində “Bakı-Novorossiysk” neft kəmərinə ziyan dəyməyib.
AJMEDIA xəbər verir ki, bu barədə jurnalistlərə “Transneft” şirkətinin rəsmi nümayəndəsi İqor Demin məlumat verib.
O bildirib ki, Xəzər dənizinin Dağıstana aid hissəsində oktyabrın 19-da baş vermiş zəlzələ 4,5-5 bal gücündə olub. Zəlzələnin mərkəzindən 250 kilometr aralıdan keçən “Bakı-Novorossiysk” neft kəmərində heç bir zədə aşkarlanmayıb, bütün obyektlər ştat rejimində işləyir.