Dəniz Nəqliyyatı sahəsində İnsan Resursları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans keçirilir

Tokio, 20 iyun , /AJMEDIA/

Bakıda “Baku Shipping Dinner”in fəaliyyəti çərçivəsində “United Alliance Group LTD” və tərəfdaşı olduğu şirkətlərin sponsorluğu ilə “Dəniz Nəqliyyatı sahəsində İnsan Resursları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans” keçirilir.

AJMEDIA xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan daxil olmaqla 20-yə yaxın dövlət qurumu və ümumilikdə Xəzər, Aralıq dənizi və Qara Dəniz sahili ətrafı 10 ölkədən nümayəndələr iştirak edirlər.

Konfransda “United Alliance Group LTD” şirkətinin direktoru Asif Mehdiyev açılış nitqi ilə çıxış edərək konfransın məqsədi, dəniz sektoru üçün önəmi və dəniz nəqliyyatı sahəsində heyət idarəçiliyi və təhlükəsizliyi barədə ümumi məlumat verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts