Tokio, 23 fevral, /AJMEDIA/
Artıq bir neçə yapon şirkəti işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində iştirak etmək üçün Azərbaycanın dövlət qurumları fikir mübadiləsi aparır.
AJMEDIA xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, bu istiqamətdə görüləcək işlər Azərbaycan ilə Yaponiya arasında münasibətlərin inkişafına böyük töhfə verəcək.