Cüdoçumuz Balabəy Ağayev Qran-Pri turnirinin gümüş medalını qazanıb

Tokio, 29 yanvar, /AJMEDIA/

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, finala qədər bütün rəqiblərinə qalib gələn idmançımız həlledici mərhələdə Cənubi Koreya təmsilçisi Harım Li ilə qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib.

Azərbaycan 41 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı turnirə 5 cüdoçu ilə qatılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts