COVID-19 və xəstəxanadaxili infeksiyalara həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Tokio, 18 fevral, /AJMEDIA/

Fevralın 25-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə “COVID-19 və xəstəxanadaxili infeksiyalar” mövzusunda onlayn beynəlxalq elmi konfrans keçiriləcək.

AJMEDIA xəbər verir ki, konfrans infeksionist, terapevt, cərrah və anestezioloq-reanimatoloqlar üçün nəzərdə tutulub, mütəxəssislərin iştirakı ilə panel müzakirələr və sual-cavab sessiyaları aparılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts