COVID-19 infeksiyasına 5 yoluxma faktı qeydə alınıb

Tokio, 16 iyul , /AJMEDIA/

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya verilən məlumata görə, yeni növ koronavirus infeksiyasından ölüm qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 min 983 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 673 nəfər müalicə olunaraq sağalıb, 10 min 288 nəfər vəfat edib. Aktiv xəstə sayı 22 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 416, bu günə qədər isə ümumilikdə 7 milyon 655 min 305 test icra olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts