Tokio, 28 mart , /AJMEDIA/
Bu gün Özbəkistana COVAX proqramı çərçivəsində 2 milyon 108,4 min doza “Moderna” peyvəndi gətirilib.
AJMEDIA Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək COVAX proqramı çərçivəsində ölkəyə 19,24 milyon doza müxtəlif peyvənd gətirilib. Pandemiya dövründə Özbəkistanda 48 milyon doza peyvənd istifadə olunub. Hazırda ölkədə 15 milyon 553 min 825 doza peyvənd ehtiyatı var.
Xatırladırıq ki, hazırda Özbəkistanda “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V”, “Sputnik Layt”, “Moderna”, “Sinovac” və “Pfizer/BioNTech” peyvəndlərindən istifadə olunur.