Tokio, 18 sentyabr, /AJMEDIA/
Sentyabrın 18-də Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyində “COP29-la bağlı beynəlxalq təşəbbüslər” böyük və orta qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
Agentlikdən AJMEDIA-ya bildiriblər ki, görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova və digər məsul şəxslər iştirak ediblər.
Görüşdə müsabiqənin qalibləri təbrik edildikdən sonra onların sualları ətraflı cavablandırılıb, gözləntilər izah olunub.