Tokio, 15 noyabr, /AJMEDIA/
Noyabrın 15-də Bakıda Azərbaycanın COP29 Sədrliyi çərçivəsində yaradılmış Birgə Təşəbbüs-Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) birgə təşkilatçılığı ilə “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclası keçirilir.
AJMEDIA xəbər verir ki, tədbirdə COP29-un sədrliyinin iqlim dəyişikliyi sahəsində konkret həlləri nəzərdə tutan təşəbbüsləri, eləcə də İqlim və Sülh Fəaliyyəti üzrə Bakı konsepsiyası, həmçinin beynəlxalq sülhə iqlimlə əlaqəli təhlükələrin qarşısının alınması sahəsində əməli addımları ehtiva edən “Bakı İqlim üçün Sülh Çağırışı” ilə bağlı müzakirələr aparılır.
Çıxışçılar Azərbaycan Sədrliyinin bu təşəbbüslərini gələcəyin təhdidlərinə qarşı əməli addımlar kimi yüksək qiymətləndirib, ölkəmizin təşəbbüslərinə dəstəklərini ifadə ediblər. Eyni zamanda, bu sahədə əməkdaşlığın vacibliyi vurğulanıb.