COP26-nın prezidenti ölkəmizdə səfərdədir

Tokio, 17 fevral , /AJMEDIA/

Bakıda səfərdə olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub.

AJMEDIA xəbər verir ki, bu barədə COP29-un Təşkilat Komitəsinin üzvü, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai “X” sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda bildirilir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə görüşdə iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması, təmiz enerji mənbələrinə keçid və COP29-a hazırlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Alok Şarma, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə də görüşüb, müzakirələr aparıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts