Tokio, 7 avqust , /AJMEDIA/
Çinin şərqindəki Şandun əyalətinin Deçjou şəhərində baş verən zəlzələ nəticəsində azı 10 nəfər xəsarət alıb.
AJMEDIA-nın məlumatına görə, bu barədə “CGTN” televiziya kanalı xəbər verib.
Bildirilib ki, kekin vaxtı ilə saat 02:33-də 5,5 bal gücündə zəlzələ baş verib.
Daha sonra Çin Mərkəzi Televiziyası yerli hakimiyyət orqanlarına istinadən xəbər verib ki, zəlzələ nəticəsində xəsarət alanları sayı 21-ə çatıb, 126 bina dağılıb.
Zəlzələnin Deçjou şəhər dairəsinin Pinyuan qəzasında baş verdiyi də dəqiqləşdirilib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.