Çin yeni peykini uğurla orbitə çıxarıb

Tokio, 15 oktyabr , /AJMEDIA/

Çinin “Long March-2D” daşıyıcı raketi “Yunhai-1-04” hava peykini uğurla orbitə çıxarıb.

AJMEDIA İnterfaksa istinadla xəbər verir ki, raket Pekin vaxtı ilə saat 08:54-də (Bakı vaxtı ilə saat 04:54) Ciuquan kosmodromundan buraxılıb.

“Yunhai-1” seriyalı qurğular Şanxay Kosmik Texnologiyalar Akademiyası tərəfindən atmosferin, yerin su hövzələrinin və kosmik mühitin vəziyyətini izləmək, təbii fəlakətlərin qarşısını almaq və onlarla mübarizə aparmaq, həmçinin elmi təcrübələr aparmaq üçün yaradılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts