Çin yeni kartoqrafiya peykini orbitə çıxarıb

Tokio, 1 noyabr , /AJMEDIA/

Çin “Tianhui-5” yeni kartoqrafiya peykini orbitə çıxarıb.

AJMEDIA xəbər verir ki, peyki orbitə aparan “Uzun yürüş-6” daşıyıcı raketin buraxılışı Pekin vaxtı ilə səhər saat 6:50-də Tayyuan buraxılış məntəqəsində baş tutub. Peykin planlaşdırılan orbitə daxil olduğu bildirilir.

“Tianhui-5” əsasən coğrafi məlumatların xəritələndirilməsi, torpaq ehtiyatlarının araşdırılması və elmi təcrübələr daxil olmaqla tapşırıqları yerinə yetirəcək.

Qeyd edək ki, bu, Çinin “Uzun yürüş” seriyasından 494-cü raket buraxılışıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts