Çin, Yaponiya və Cənubi Koreya liderləri Seulda görüşəcəklər

Tokio, 23 may , /AJMEDIA/

Mayın 26-27-də Seulda Cənubi Koreya Prezidenti Yun Sok Yol, Çinin Baş naziri Li Çian və Yaponiyanın Baş naziri Fumio Kişidanın üçtərəfli görüşü olacaq.

AJMEDIA xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Kim Te-hyo açıqlama verib. Üçtərəfli görüşdən başqa Cənubi Koreya Prezidentinin Çinin və Yaponiyanın baş nazirləri ilə ikitərəfli görüşləri də baş tutacaq. Bu, Asiyanın 3 ölkəsinin liderlərinin 2019-cu ilin dekabrından sonra ilk birgə toplantısı olacaq.

Kim Te-hyo bildirib ki, üçtərəfli görüşdə iqtisadi-ticari, davamlı inkişaf, səhiyyə, elm və texnologiya, təbii fəlakətlə mübarizə sahələri üzrə əməkdaşlıq və xalqlar arasında mübadilə məsələləri müzakirə olunacaq. Regional və beynəlxalq məsələlər də gündəmdə olacaq. Toplantının yekununda birgə bəyanatın qəbul edilməsi gözlənilir. Görüşün ikinci günü hər 3 ölkənin iş adamlarının iştirakı ilə biznes forum da təşkil olunacaq.

Cənubi Koreya mediası yazır ki, toplantıda Cənubi Koreya və Yaponiya Çindən Şimali Koreyanın nüvə-raket fəaliyyətinin dayandırılmasında daha aktiv rol oynamağı xahiş edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts