Çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə paytaxtda bir sıra avtobusların hərəkət sxemləri dəyişdirilir

Tokio, 15 iyun , /AJMEDIA/

Bakı Şəhər İcra Hakimiyyəti başçısının Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında müvafiq sərəncamı nəzərə alınaraq 2022-ci il yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə iyunun 15-dən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemlərində dəyişikliklər ediləcək.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən AJMEDIA-ya bildirilib ki, 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan”, 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna”, 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliklərinədək, 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinədək, 172 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Bilgəh” bağlarınadək təşkil ediləcək. Həmçinin 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı”, 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə”, 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliklərinədək təşkil olunacaq.
Eyni zamanda, yay mövsümündə vətəndaşların Koroğlu NMM-dən Mərdəkan çimərliyinədək (Şüvəlan – Buzovna yolu) ictimai nəqliyyatla birbaşa gedişinin təmin edilməsi üçün M10 nömrəli mövsümi ekspress marşrut xəttinin fəaliyyəti bərpa edilir.
Başlanğıc dayanacaq məntəqəsi “Koroğlu” NMM olmaqla, Şüvəlan – Mərdəkan çimərliyi (Şüvəlan – Buzovna yolu) istiqamətində əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda dayanmaqla vətəndaşlara xidmət göstərəcək. Marşrutun gediş tarifi 0,50 AZN müəyyən olunub.
M10 xəttinin istifadəyə verilməsi ilə Mərdəkan, Şağan, Binə və Yeni Suraxanı qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin “Koroğlu” NMM-lə daha yaxşı əlaqələndirilməsi təmin olunacaq. Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts